“Liverpul”un sonuncu təklifi
"Liverpul” rəhbərliyi müdafiəçi İbrahima Konateyə yeni müqavilə üzrə son təklifini verib.
Sportlife.az xəbər verir ki, 26 yaşlı futbolçu razılıq versə, o, klubun ən yüksək maaş alan oyunçularından birinə çevriləcək.
Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxıb və 1 qol vurub. Onun “Liverpul”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.