"Qarabağ"ın ÇL-də pley-off şansları - YENİ REYTİNQ

  • 7 Noyabr 2025, 13:10

Çempionlar Liqasının liqa mərhələsində IV turun ardından komandaların növbəti mərhələyə çıxmaq ehtimalları yenilənib.

Sportlife.az xəbər verir ki, son göstəricilərə əsasən, Azərbaycan təmsilçisi “Qarabağ”ın pley-off mərhələsinə yüksəlmək şansı 73 faiz olaraq qiymətləndirilib. Ağdam klubunun birbaşa 1/8 finala adlama ehtimalı isə 1 faiz təşkil edir.

Siyahının zirvəsində İngiltərə nəhəngi “Arsenal” qərarlaşıb. “Topçular”ın 1/8 finala vəsiqə qazanmaq ehtimalı 99 faiz, ilk “24-lüy”də yer alması isə 100 faizdir.

Türkiyə çempionu “Qalatasaray” da yüksək göstəriciləri ilə diqqət çəkir. İstanbul təmsilçisinin pley-off şansı 99 faiz, 1/8 finala yüksəlmək ehtimalı isə 26 faizdir.

Qeyd edək ki, "Qarabağ" dörd turdan sonra 7 xalla 15-ci pillədə yer alıb. Qurban Qurbanovun komandasını qarşıda “Napoli”, “Ayaks”, “Ayntraxt Frankfurt” və “Liverpul”la həlledici oyunlar gözləyir.  


Paylaş: