Mançini Qətər klubunda - Rəsmi
Roberto Mançininin yeni iş yeri müəyyənləşib.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis Qətərdə çalışacaq.
Mançini "Əl-Sədd"in baş məşqçisi postuna təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 60 yaşlı məşqçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Roberto Mançininin son iş yer Səudiyyə Ərəbistanı milli komandası olub. O, ötən ilin oktyabr ayında vəzifəsindən ayrılıb.