Levandovski Türkiyə klubuna keçə bilər
"Fənərbaxça" hücum xəttini ulduz futbolçu ilə gücləndirmək istəyir.
Sportlife.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın futbolçusu Robert Levandovskini transfer etməyi planlaşdırır.
Nəşrin yazdığına görə, artıq "Fənərbaxça" nümayəndələrinin polşalı forvardın meneceri ilə ilk görüşü olub.
37 yaşlı hücumçunun mövsümün sonunda "Barselona"dan ayrılacağı gözlənilir. Klub hələlik ona yeni müqavilə təklif etməyib.