Belarus millisi Qəbələdə 3-cü oldu

  • 3 Oktyabr 2025, 18:08

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının futbol yarışlarında bürünc medal uğrunda oyun keçirilib.

Sportlife.az xəbər verir ki, 16 yaşadək futbolçulardan ibarət Belarus millisi Tacikistana 2 cavabsız qolla qalib gəlib.

Bu nəticədən sonra Belarus yığması turniri 3-cü, Tacikistan isə 4-cü pillədə tamamlayıb.

Günün ilk matçında Özbəkistan Qırğızıstana 2:0 hesabı ilə qalib gələrək 5-ci olub.

Qeyd edək ki, final matçı oktyabrın 4-də Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək.


Paylaş: