Gənc hücumçu “Real”dan ayrılmayacaq

  • 9 Dekabr 2024, 13:50

"Real"ın gənc forvardı Endrik yanvarda klubdan ayrılmamağa qərar verib.

Sportlife.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı hücumçu "kral klubu"nda qalaraq əsas heyət düşmək üçün mübarizə aparacaq.

Endrik bu ilin yayında "Real"a qoşulub. O, cari mövsümdə 14 oyuna çıxıb və 2 qol vurub. Braziliyalı cəmi 149 dəqiqə meydanda olub.


Paylaş: