"Leyptsiq" "Barselona"nın təklifini qəbul etməyib

  • 1 Avqust 2024, 17:03

"Barselona" Avropa Çempionatının ulduzlarından Dani Olmonu heyətinə qatmaq istəyir.

Sportlife.az xəbər verir ki, katalon klubu öz yetirməsi olan ispaniyalı futbolçuyla razılığa gəlib. Ancaq "Leyptsiq" 25 yaşlı futbolçu üçün "blauqrana"nın 55+7 milyon avroluq təklifini qəbul etməyib.

Tərəflər arasında danışıqlar davam edəcək. 

Olmo 9 yaşından 16 yaşına qədər "Barselona"nın aşağı yaş komandalarına çıxış edib. O, daha sonra Zaqreb "Dinamo"suna keçib. 2020-ci ilin yanvarından isə "Leyptsiq"də çıxış edir.


Paylaş: