
Mançini İtaliya klubunu çalışdıra bilər
"Yuventus"un baş məşqçi postuna Roberto Mançini təyin oluna bilər.
Sportlife.az xəbər verir ki, Mançini "Yuventus"da Tiago Mottanı əvəzləməyə əsas namizədlərdən biridir. Buna onun xarizması, peşəkar təcrübəsi və komandanı idarəetmə bacarığı səbəb kimi göstərilir. Daha əvvəl də qeyd etiyimiz kimi isə, bu posta Can Pyero Qasperi, Antonio Konte və Roberto de Zerbi kimi mütəxəssislər də namizəddir.
"Yuventus" bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində PSV-yə məğlub olaraq turnirdən kənarlaşdırılıb. A Seriyasının 28 turundan sonra Turin klubu 52 xalla 4-cü yerdə qərarlaşıb.