
Məsiyevin idarə etdiyi oyunda darmadağın
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı oyununu idarə edib.
Sportlife.az xəbər verir ki, ədalət rəmsilçimiz Gürcüstan – Portuqaliya matçının baş hakimi olub.
Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçirilən C qrupunun matçı portuqaliyalıların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Məsiyev oyunda penalti təyin etməklə yanaşı, 1 qırmızı və 5 sarı vərəqə də göstərib.
Qeyd edək ki, 3 turdan sonra 7 xal toplayan Portuqaliya lider, eyni xala malik Fransa isə 2-ci yerin sahibi kimi 1/4 finala yüksəlib.