Milli üzvü "Neftçi"dən ayrılır

  • 28 Mart 2024, 13:47

Mövsüm sonunda "Neftçi"dən ayrılacaq futbolçulardan birinin adına aydınlıq gəlib.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, Höccət Haqverdi yayda "ağ-qaralar"ı tərk etmək niyyətindədi. Futbolçu "Neftçi" ilə mövsüm sonu başa çatacaq müqaviləsini yeniləməyəcək. Buna səbəb karyerasını Azərbaycandan kənarda davam etdirmək istəməsidir.

Xatırladaq ki, 31 yaşlı müdafiəçi ötən ilin yanvarından "Neftçi"də çıxış edir.


Paylaş: