MY karyerası cəmi 5 ay çəkdi

  • 8 Dekabr 2024, 13:23

Den Eşvord "Mançester Yunayted"in idman direktoru vəzifəsindən ayrılır.

Sportlife.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 53 yaşlı funksionerin "Nyukasl"dan keçidi gözləntiləri doğrultmayıb və dünən axşam "Old Trafford"da keçirilən iclasda gedişi razılaşdırılıb.

Eşvord bu ilin yayından "qırmızı şeytanlar"da çalışırdı. Onun MY karyerası cəmi 5 ay çəkdi.

 


Paylaş: