“Qalatasaray” danimarkalı üçün bu qədər ödəyəcək

  • 26 İyul 2024, 13:35

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, İstanbul təmsilçisi "Kopenhagen"dən Elias Jelerti transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 21 yaşlı futbolçu üçün onun klubuna 9 milyon avro təzminat ödəyib. Gənc oyunçu "Qalatasaray"la 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, "sarı-qırmızılar"da 24 nömrəli forma ilə çıxış edəcək


Paylaş: