"Qalatasaray" istəyirdi, Fransa klubuna keçdi

  • 26 İyul 2024, 16:13

"Qalatasaray"ın uzun müddət transfer etmək istədiyi Qela Duenin yeni klubu bəlli olub.

Sportlife.az xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi "Renn"dən "Strasburq"a transfer olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qırmızı-qaralar" bu keçiddən bonuslarla birlikdə 8 milyon avro qazanacaq. Due ilə 5 illik müqavilə imzalanıb.

 


Paylaş: