“Qalatasaray”ın futbolçusu “Qarabağ”ın rəqibinə keçir
"Qalatasaray" Serjiu Oliveyra ilə yolları ayırmağa hazırlaşır.
Sportlife.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək. O, "Olimpiakos"la razılığa gəlib. Yunanıstan klubu onunla 2+1 illik müqavilə imzalayacaq.
Oliveyra 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edirdi. O, İstanbul klubu ilə iki dəfə Süper Liqanın və bir dəfə isə Türkiyə Süperkubokunun qalibi olub.