"Qarabağ" - "Qalatasaray" maçtına nə qədər bilet satılıb?

  • 16 Mart 2023, 14:06

"Qarabağ" - "Qalatasaray" xeyriyyə matçının biletləri bu gün satışa çıxarılıb.

Sportlife.az xəbər verir ki,, 1,5 saata artıq 25 min bilet satılıb.

Qeyd edək ki, martın 26-ı Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Satış məntəqələri: 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Iticket.az-ın satış məntəqələri;

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.


Paylaş: