
"Qarabağ" seneqallı hücumçudan imtina etdi
"Qarabağ” “Loryan”ın hücumçusu Sambu Sumanonun transferindən imtina edib.
Sportlife.az xəbər verir ki, buna Fransa klubunun 5 milyon avro təzminat tələb etməsi səbəb olub. Liqa 1 təmsilçisi sonradan qiyməti 3,5 milyon avroya endirsə də, Ağdam klubu təklifini 2,5 milyon avro + bonuslarla məhdudlaşdıraraq danışıqlardan geri çəkilib.
Hazırkı mərhələdə hücumçu böyük ehtimalla “Loryan”da qalacaq. Fransız klubu hələ ona əvəzləyici tapmayıb.