"Qarabağ"ın oyununa biletlər satışa çıxır

  • 22 Yanvar 2024, 10:26

Azərbaycan Premyer Liqasının 19-cu turunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmasının biletləri sabah saat 14:00-dan iticket.az-da satışa çıxarılacaq.

Sportlife.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.


Paylaş: