"Qəbələ" Gənclər Liqasında mübarizəyə başlayır

"Qəbələ" Gənclər Liqasında mübarizəyə başlayır

  • 4 Oktyabr 2023, 10:20

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Sportlife.az xəbər verir ki, Çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

4 oktyabr

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ

16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan)

Baş hakim: Sayat Karabayev (Qazaxıstan)

Qəbələ şəhər stadionu


Paylaş: