
"Sabah" "Zirə" ilə heç-heçə etdi
Azərbaycan Premyer Liqasında XXVII turunun növbəti matçı keçirilib.
Sportlife.az xəbər verir ki, III dövrənin son turunun növbəti oyununda "Sabah" və "Zirə" komandaları üz-üzə gəlib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk topu 34-cü dəqiqədə meydan sahiblərindən Cesse Sekidika vurub. 63-cü dəqiqədə isə David Volkov bərabərlik qoluna imza atıb.
Beləliklə, xalını 35-ə çatdıran və 5 oyundur qələbə qazana bilməyən "Sabah" 5-ci pillədə qalıb. "Zirə" isə 52 xalla 6-cı pilləyə yüksəlib.