
"Şamaxı" uğursuzluq seriyasına son qoydu
Azərbaycan Premyer Liqasının XXII turunda “Şamaxı” evdə “Sumqayıt”ı məğlub edib.
Sportlife.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "Şirlər" çempionatda ardıcıl 3 oyun məğlubiyyətdən sonra 3 xalı əldə edib. Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran bölgə təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. “Sumqayıt” isə 22 xalla altıncıdır.
Qeyd edək ki, günün son matçı “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutacaq. Turun digər görüşləri fevralın 10-da və 11-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
22-ci tur
9 fevral
Şamaxı - Sumqayıt 1:0
Qol: B.Konate, 61