Güləşçilərimiz Avropa çempionatında 4 medal qazandı

  • 26 İyun 2024, 10:00

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Sportlife.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi millimiz 4 medal qazanıb.

Əmrah Əmrahov (48 kq) finalda rusiyalı Nikolay Kristova sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və gümüş medalla kifayətlənib.

Əli Nəzərov (55 kq) ukraynalı Daniil Suşçenkoya 7:3 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb. Orxan Hacıyev (80 kq) ilk hissədə moldovalı Nikita Apostolla (9:0) dueldən qalib ayrılmaqla fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Mikayıl İsmayılov (110 kq) isə belaruslu Daniil Maslakovu 4:1 hesabıyla məğlub edərək bürünc medala sahib çıxıb.

Beləliklə, yunan-Roma güləşi millimiz qitə birinciliyinə 1 gümüş və 3 bürünc medalla başlayıb.


Paylaş: