Rıza Kayaalp Olimpiadada olmayacaq

  • Bu gün, 23:50

Rıza Kayaalp Türkiyənin Olimpiada heyətindən çıxarılıb.

Sportlife.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 34 yaşlı güləşçinin istifadə etdiyi bir dərmanda dopinq təspit edilib. O, turnirlərdən müvəqqəti olaraq uzaqlaşdırılıb.

Onun yerinə Parisdə Hamza Bakır yarışacaq.

Türkiyə Olimpiadada 18 idman növündə 102 idmançı ilə təmsil olunacaq.


Paylaş: