Azərbaycan Kubokunda 1/4 final mərhələsi başladı

  • 24 May 2024, 12:03

Kişi və qadınlar arasında həndbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayıb.

Sportlife.az xəbər verir ki, kişilərin mübarizəsində ilk olaraq "Kür" və "Azəryol" komandaları üz-üzə gəliblər.

Rəqibini 30:27 hesabı ilə üstələyən "Azəryol" yarımfinala yüksəlib.

İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları qarşılaşıblar. “İdman Akademiyası” 32:21 hesablı qalibiyyətə sevinib.


Paylaş: