"Araz-Naxçıvan"dan ayrılan futbolçu I Liqada

  • 1 Sentyabr 2025, 15:52

2025/2026 mövsümündə Azərbaycan I Liqasında çıxış edəcək "Səbail" yeni transferini açıqlayıb.

Sportlife.az xəbər verir ki, "dənizçilər" yarımmüdafiəçi Turan Vəlizadəni icarə əsasında sıralarına cəlb edib.

24 yaşlı oyunçu ötən mövsümü Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan"da keçirib.


Paylaş: