Azərbaycan klubunda ilk afrikalı
"Mingəçevir" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportlife.az xəbər verir ki, I Liqa təmsilçisi nigeriyalı hücuma meyilli yarımmüdafiəçi Abba Usmanı transfer edib.
18 yaşlı vingerlə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Usman "Mingəçevir"in tarixində ilk afrikalı futbolçudur. Ötə mövsüm komandada iranlı futbolçular olub. Avropa və Afrikadan oyunçular isə bölgə klubunda çıxış etməyib.