"Sabah"ın iştirak ərizəsi açıqlandı

  • Bu gün, 15:06

Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Selye" klubu ilə qarşılaşacaq "Sabah" iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportlife.az xəbər verir ki, siyahıda 24 oyunçunun adı yer alıb.

Onların 3-ü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 92. Stas Pokatilov

Müdafiəçilər: 2. Amin Seydiyev, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 17. Tellur Mütəllimov, 40. İqor Noqeyra, 53. Andrey Santos, 80. Akim Zedadka

Yarımmüdafiəçilər: Zinədin Uld Xaled, 6. Abdula Xaybulayev, 8. Ayaz Quliyev, 10. Anatoli Nuriyev, 11. Kahim Perris, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 88. Xəyal Əliyev

Hücumçular: 18. Pavol Şafranko, 20. Cey-Lens Mikels, 70. Cesse Sekidika, 99. Neboş Kupusoviç.

"Selye" də Azərbaycan təmsilçisi ilə qarşılaşmalar üçün 24 futbolçu sifariş edib.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Selye şəhərində keçiriləcək.


Paylaş: