
Benzia bu kluba keçir
Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan Yassin Benzia karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Sportlife.az yerli "Alyaum" nəşrinə istinadən xəbər verir ki, Pro Liqasına yüksələn "Əl-Hazem" təcrübəli yarımmüdafiəçini heyətinə qatır.
Oyunçunun Əlcəzair millisindəki komanda yoldaşı Amir Sayud bu klubda çıxış edir və transferdə böyük rol oynayıb.
Qeyd edək ki, Benzia "Qarabağ"da meydana çıxdığı 97 oyunda 25 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.