
Dibala ilə danışıqlar başladı
"Roma"nın hücumçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 31 yaşlı argentinalı ilə "Liverpul" maraqlanır. Mersisayd təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Dibala 2025-ci ilin mart ayından zədə səbəbindən meydana çıxmır.
Ötən mövsüm 36 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.