
"Nyukasl"da ayrılıq
"Nyukasl" Kallum Uilsonun komandadan ayrıldığını açıqlayıb.
Sportlife.az xəbər verir ki, Premyer Liqa klubu 33 yaşlı futbolçu ilə müqaviləni yeniləməyib. Təcrübəli hücumçu 2020-ci ildən İngiltərə komandasında çıxış edirdi.
Ötən mövsüm Uilson 22 matçda iştirak edib və cəmi 1 qol vurub.