Onlar üçün DÇ bitdi

  • Bu gün, 16:10

PSJ müdafiədə ikiqat itki ilə üzləşib.

Sportlife.az xəbər verir ki, Villian Paço və Lukas Ernandes klublararası dünya çempionatının qalan hissəsini buraxacaqlar.

Hər iki oyunçu 1/4 finalın "Bavariya" ilə matçında (2:0) qırmızı vərəqə görüb. FİFA-nın nizam-intizam komitəsi futbolçuları 2 oyunluq cəzalandırıb. Bu da turnirin onlar üçün başa çatması deməkdir.

PSJ qərardan apellyasiya şikayəti verə bilər.

Paris klubu iyulun 9-da turnirin yarımfinalında "Real"la qarşılaşacaq. Bu cütün qalibi finalda "Çelsi" - "Fluminense" duelinin güclüsü ilə üz-üzə gələcək.


Paylaş: