
İliç "Sumqayıt"a necə gəlib?
Futbol meneceri Camal Akayev Saşa İliçin “Sumqayıt” klubuna baş məşqçi təyin olunması barədə danışıb.
Sportlife.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında klubun prezidenti Riad Rəfiyevlə yaxşı münasibətləri olduğunu, bu transferdə onun israrının vacib rol oynadığını söyləyib.
Akayevin sözlərinə görə, Azərbaycan çempionatında mövsüm başa çatdıqdan sonra "Sumqayıt" rəhbərliyi ilə bir sıra məşqçiləri müzakirə edib: "O cümlədən rusiyalı məşqçilərin adları da səsləndi. Mən Rəfiyevə İliçə diqqət yetirməyi təklif etdim. Klubda bu cür böyük futbol şəxsiyyəti ilə əməkdaşlıq imkanı dərhal dəyərləndirildi. Danışıqlar zamanı hər şey rəvan getmirdi. Amma “Sumqayıt” rəhbərliyinin qətiyyətini qeyd etmək lazımdır, onlar israrlı oldular. Bu da istənilən nəticəyə gətirib çıxardı. Təəssüratlar barədə onu deyim ki, Saşa özü optimist və daim pozitiv olan insandır. Rusiyada onda hər şey alınmadı, amma həmin dövrü yalnız müsbət tərəfdən və böyük minnətdarlıqla xatırlayır”.