Luis Diasın yeni klubu bilindi

  • Bu gün, 14:31

"Liverpul"un futbolçusu Luis Dias "Bavariya" ilə anlaşıb.

Sportlife.az xəbər verir ki, artıq 28 yaşlı vingerlə şəxsi müqavilənin şərtləri razılaşdırılıb.

Niko Uilyamsı heyətinə qata bilməyən "Barselona" da kolumbiyalı yarımmüdafiəçi ilə maraqlanırdı.

Dias ötən mövsüm 50 oyuna çıxıb, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.


Paylaş: