AÇ-yə evsahibliyi Azərbaycana verildi

  • 28 May 2025, 11:50

Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən xizək alpinizmi üzrə Avropa  Çempionatı və Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciət müsbət qarşılanıb.

Sportlife.az xəbər verir ki, əldə olunan nəticəyə əsasən, ISMF tərəfindən yarışların "Şahdağ" Turizm Mərkəzində  keçirilməsi ilə bağlı qərar qəbul edilib. Hər iki yarış beynəlxalq federasiyanın təqviminə salınıb.

Avropa Çempionatının 2026-cı ilin 4-8 mart, Dünya Kubokunun isə 6-8 mart tarixlərində keçirilməsi nəzərdə tutulur.


Paylaş: