
Honq-Konqda Ronaldu Muzeyi açıldı
Honq-Konqda “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronalduya həsr olunmuş muzey açılıb.
Sportlife.az xəbər verir ki, muzey K11 İncəsənət və Mədəniyyət Mərkəzində yerləşir. Sərgidə 40 yaşlı portuqaliyalı forvardın karyerasına aid əlamətdar əşyalar, o cümlədən 2008-ci ilin “Qızıl top” mükafatı təqdim olunur. Ziyarətçilər Ronaldunun Lissabondakı uşaqlıq otağının surətini də görə bilərlər. Futbolçunun özünün də yaxın vaxtlarda muzeyi görmək üçün Honq-Konqa uçacağı gözlənilir.
Ronaldu Muzeyi 2026-cı ilin iyun ayına qədər açıq olacaq, bundan sonra materik Çinə köçəcək.