Millimizin rəqibində problem

  • 11 İyun 2025, 12:05

Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən olan Ukrayna yığmasında problemlər davam edir.

Sportlife.az xəbər verir ki, komandanın baş məşqçisi Sergey Rebrovun postu laxlayıb.

Yoldaşlıq görüşündə Kanadaya məğlubiyyət (2:4) onun istefasının tezləşməsinə səbəb ola bilər. Komandanın sərgilədiyi oyun həm yerli futbol ictimaiyyətinin, həm də azarkeşlərin narazılığı ilə qarşılanıb.

İddiaya görə, Ukrayna Futbol Assosiasiyasının rəhbərliyi artıq yeni baş məşqçi axtarışına başlayıb. Qurum maraq dairəsində olan mütəxəssislərdən biri ilə anlaşsa, seçmə mərhələ öncəsi Rebrovu istefaya göndərəcək. Bu baş versə, Ukrayna yığması Azərbaycan millisi önünə yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, millimiz Ukrayna ilə sentyabrın 9-da evdə, oktyabrın 13-də səfərdə üz-üzə gələcək.


Paylaş: