
Premyer Liqadan Liqa-1-ə
"Vest Hem"in müdafiəçisi Nayef Aqerd karyerasını Fransada davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 29 yaşlı mərakeşli ilə "Marsel" maraqlanır. Fransa komandası bu yay müdafiəçini heyətinə qatmaq istəyir.
Aqerd ötən mövsüm "Real Sosyedad"da icarə əsasında 36 matçda iştirak edib və 7 sarı vərəqə alıb. Transfermarkt portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.