
"Neftçi"ni ərəb klubuna dəyişdi
“Neftçi”ni tərk edən Yuri Matiasın yeni klubu bəlli olub.
Sportlife.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
30 yaşlı müdafiəçi "Ajman" klubu ilə anlaşıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, Matias “Neftçi”də 2 mövsüm keçirib. O, paytaxt klubunun heyətində 71 matçda 10 qol və 3 ötürmə ilə yadda qalıb.