Pley-off oyunu FIFA referisinə tapşırıldı

  • 27 May 2025, 12:37

Azərbaycan I Liqasına vəsiqə uğrunda "Difai" və "Hypers Guba" komandaları arasında baş tutacaq pley-off görüşünün təyinatları açıqlanıb.

Sportlife.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov ömək edəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

VAR hakimi Rauf Cabarov, AVAR isə Namiq Hüseynov olacaq. Hakim-inspektor Zöhrab Qədiyev, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmovdur.


Paylaş: