Fiziyevin rəqibi kim olacaq?

  • 15 Aprel 2025, 18:43

Azərbaycanlı qaydasız döyüşçü Rafael Fiziyev iyunda Bakıda keçiriləcək UFC 260 turnirinə hazırlaşır.

Sportlife.az xəbər verir ki, onun çilili İqnasio Bahamondese ilə qarşılaşması gözlənilir.

Rəqib idmançı keçirdiyi son 3 döyüşü qələbə ilə başa vurub. 191 sm boya malik Bahamondese 17 görüşdə qalib gəlib, 5 dəfə uduzub. O, bu qarşılaşmaların 11-də nokautla rəqiblərini məğlub edib. O, dünya reytinqində 15-ci pillədə qərarlaşıb.

Fiziyev isə ardıcıl 3 görüşdə məğlubiyyət açısı yaşayıb. O, Mateuş Qarmoş və iki dəfə Castin Qedjiyə uduzub. Təmsilçimiz keçiridiyi döyüşlərdə 12 dəfə qələbə qazanıb, 4 dəfə isə məğlub olub.


Paylaş: