Azərbaycanlı dmançı Xorvatiyada qızıl medal qazandı

  • 29 İyun 2024, 16:55

Azərbaycan Karate Federasiyasının idmançısı Rahib Əzim (+76 kq) Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında qızıl medal qazanıb.

Sportlife.az xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Qeyd edək ki, komandamıza bu yarışda AKF-in baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.A


Paylaş: