"Neftçi"də nə dəyişməlidir?

  • 28 May 2024, 12:49

"Perezaqruzka" verib, valı dəyişməsələr "Neftçi"də vəziyyət daha da pisləşəcək. Artıq prosesə müdaxilə labüddür.

Zəruri tədbirlərə indidən start verilməlidir ki, tez bir zamanda klubda keyfiyyətli idarə sistemi formalaşsın. Bu, işin 50 faizidir.

İtirilmiş mövsümün üzüntüsünü unudub, buraxılmış səhvləri araşdırmaq, dərs çıxarmaq lazımdır.

"Neftçi"nin uğursuzluğunun səbəbi? - Bojoviç "Sabah"la oyundan sonra bildirib ki, tək günahkar mən deyiləm. O da idarəetmədəki nöqsanlara işarə edib...

 Büdcənin artırılması, əcnəbi baş məşqçilərin və yüksək ödənişli futbolçuların gətirilməsi fayda vermədisə, demək, problem başqadır.

"Neftçi" üçün uğur formulunu tapacaq şəxs və ya şəxslər/komanda lazımdır. Düşünməyə dəyər...

Sportlife.az


Paylaş: