"Sabah"ın püxtələşməsi

  • 6 İyun 2024, 18:35

 Renduliç “Sabah”a gələndə komanda 6-cı pillədə və avrokuboklar zonasından kənarda idi. Xorvatiyalı mütəxəssis 11 turdan sonra klub rəhbərliyinə bürünc medalları və Konfrans Liqasına vəsiqəni təhvil verdi.

Həmin dövrdə Murad Musayevlə yolların ayrılması və əvəzinə Azərbaycan futboluna tanış olmayan məşqçinin gətirilməsi çoxlu suallar yaratmışdı. Görəsən, bu seçim əvvəlkilər kimi uğursuz olmayacaq?

Zaman göstərdi ki, klub idarəçiləri seçim məsələsində kifayət qədər təcrübə qazana bilib. Bir neçə mövsüm öncə edilən ardıcıl dəyişikliklər özünü doğrultmurdusa, artıq çox həssas bir dönəmdə Murad Musayevi Renduliçlə əvəzləmək öz müsbət effektini verdi.

 11 oyuna 8 vacib qələbə qazanan Renduliçdən avrokuboklarda nə gözləmək olar? - Statistikaya əsasən deyə bilərik ki, 50 yaşlı məşqçinin az da olsa, beynəlxalq oyunlarda da təcrübəsi var.

“Sabah”ın Konfrans Liqasında mərhələ keçmək, hətta qrup mərhələsinə vəsiqə qazanmaq üçün həm potensialı, həm də kifayət qədər büdcəsi var. Sadəcə işləmək və daha ciddi cəhdlər etmək lazımdır...  

Sportlife.az


Paylaş: