Sadıqovun maksimumu və özünü isbatlaması

  • 27 May 2024, 18:02

Rəşad Sadıqov və komandası nümayiş etdirilən oyuna görə edilən tənqidlərə rəğmən mövsümü gümüş medallarla başa vurdu. “Zirə”ni ölkə kubokunun finalına çıxarmasını da bu uğurun üstünə əlavə etsək, Sadıqovun işinin öhdəsindən maksimum gəldiyini söyləyə bilərik.

41 yaşlı mütəxəssis “Zirə”nin 10 illik tarixinin ən uğurlu məşqçisidir. 3 il 10 aylıq dövr ərzində bürünc və gümüş medallar,  2 dəfə də kubokun finalı buna ən bariz dəlildir.   

Öz futbol dəsti-xətti olan Sadıqov növbəti dəfə həm mükafatçılar sırasına, həm də avrokuboklara vəsiqə əldə etməklə Premyer Liqada uğur qazanmağın yolunu yaxşı bildiyini isbatladı. Uğur varsa, deməli, səmt düzgün müəyyən edilib. Qalır o yönü daha da inkişaf etdirmək.

“Zirə” rəhbərliyi yeni mövsümə hazırlıq dövründə heyəti daha da genişləndirə bilsə, Sadıqovla avrokubok səddi də aşıla bilər.  

Sportlife.az


Paylaş: