"Turan Tovuz"un əcnəbi sevdası - Risk etməyə dəyərmi?

  • 6 İyun 2024, 14:03

“Turan Tovuz” Ayxan Abbasovun xələfini tapa bilmir. Mediada yayılanlara inansaq, klub rəhbərliyi əcnəbi məşqçi axtarışlarına başlayıb. Buna gərək varmı? Bu seçim Tovuz klubuna nə dərəcədə uğur gətirə bilər?

Adrian Mutu, Miodraq Bojoviç, Kaxaber Sxadadze, Aleksey Baqa nümunələrini “Turan Tovuz” rəhbərliyinin nəzərinə çatdıraq. Uğursuz dəyişikliklər “Neftçi”ni avrokuboklarsız qoydu. “Qəbələ” Premyer Liqadakı yerini itirdi. “Sumqayıt” Baqa ilə etdiyi səhvi Samir Abasovla düzəltdi və avrokuboklara vəsiqə təmin olundu.     

Hətta “Sabah”la uğur qazanan Murad Musayevə qədər Jelko Sopiç,Visente Qomes ümidləri doğrulda bilməmişdi.

 Yəni?

“Turan Tovuz” əcnəbi məşqçi seçimi barədə yaxşı düşünməlidir. Premyer Liqaya yad məşqçi öz komandasını qurana, liqanı, klubları tanıyana qədər həm vaxt gedəcək, həm də bir neçə dəfə artıq maliyyə sərf olunacaq. Hər halda, yaxşı məşqçinin klubdan yüksək maaş və yüksək büdcə tələb edəcəyi dəqiqdir. Bu riskə getməyə dəyərmi?

Premyer Liqa klublarını, futbolçuları yaxşı tanıyan və hazırda işsiz olan yerli məşqçilərimiz var. Ad çəkməyə ehtiyac yoxdur. Klub rəsmiləri də onları yaxşı tanıyır. Avrokuboklara vəsiqə qazanan 4 klubumuzdan 3-nün başında yerli məşqçi dayanıb.

Hiss olunur ki, klub tələsik qərar vermək istəmir. Ancaq çox düşünüb əcnəbi məşqçi seçimi üzərində dayanmaq böyük risk olacaq.    

Sportlife.az


Paylaş: