Amputant millimiz sonuncu görüşdə məğlub oldu

  • Bu gün, 16:21

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında sonuncu oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, yığma 9-cu yer uğrunda qarşılaşmada Niderland kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib – 1:1. Komandamız ilk qələbəsini 9-16-cı yerlər uğrunda qarşılaşmada Yunanıstan millisi üzərində qazanıb – 2:1. Yığma 9-12-ci yerlər uğrunda matçda Şotlandiyanı da eyni hesabla üstələyib.


Paylaş: