Millimiz Belarusa uduzdu

  • Bu gün, 15:51

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünü keçirib.

Sportlife.az xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.


Paylaş: