Millimiz Ukraynaya məğlub oldu

  • 26 Mart 2024, 17:52

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda Bakıda Ukrayna U-21 ilə qarşılaşın. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 3:0.

Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna  isə 18 xalla liderdir. 

Xatırladaq ki, U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə məğlub olub.

26 mart

Avropa çempionatının seçmə mərhələsi

16:00. Azərbaycan U-21 – Ukrayna U-21 0:3

Qol: Yatsuk, 25,Oçeretko, 40, Valentin Rubxniski, 66


Paylaş: