Millimizdən Monqolustana son dəqiqə şoku - YENİLƏNİB

  • 22 Mart 2024, 21:53

İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçirilib.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisi birinci görüşünə çıxıb.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustanı son dəqiqələrdə vurduğu qolla məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma saat 20:00-da start götürüb.

Qeyd edək ki, digər matçda Bolqarıstan Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib. “Liv Bona Dea Arena”da təşkil olunan bu oyun saat 17:00-da başlanıb.

“FIFA series – Edition 2024”

22 mart

20:00. Azərbaycan – Monqolustan 1:0
Qol: Bəhlul Mustafazadə, 90+1
Baş hakim: Zorbay Küçük (Türkiyə).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.


Paylaş: