"Çorum"un baş məşqçisi Coşqun haqqında danışdı

  • 13 Fevral 2025, 18:52

Türkiyənin "Çorum" klubunun baş məşqçisi Sərkan Özbaltann Sportlife.az saytına müsahibəsi

- Coşqunun transfer ideyası necə yarandı?

- Yarımmüdafiə xəttimizdə həm say, həm də mövqe çatışmazlığı var idi. Coşqunun ölkəmizdə uzun müddət bu sahədəki potensialı və bacarığı bizi transferə sövq etdi.

- Diniyevin ilk matçda 2 qol vurması barədə nə düşünürsünüz?

- Coşqun komanda ilə cəmi 1 məşq keçmişdi. İlk matçda start heyətində meydana çıxmasını istəyirdik. Onun yaxşı çıxışı və vurduğu qollar bizi sevindirdi.

- Liqadakı vəziyyətiniz sizi qane edirmi? 

- Bu il liqanın hazırkı vəziyyətinə, komandaların büdcəsinə, heyətə və oyunçu strukturlarına nəzər saldıqda, indiki vəziyyətimiz heç də pis deyil.

- Hədəfləriniz nələrdir?

- İlk olaraq, play-off zonasındakı yerimizi qorumaq və gücləndirmək istəyirik. Bu mövsüm "Çorum" üçün hazırkı mövqe, bir ildən sonra möhkəm və sağlam addımlar atmaq baxımından əhəmiyyətli bir vəziyyət kimi görünür.

Akif ƏHMƏDOV


Paylaş: