"Hədəfim stronqmen növündə dünya və Avropa çempionu olmaqdır" - AÇIQLAMA

  • 10 May 2024, 20:12

“Hədəfim stronqmen növündə dünya və Avropa çempionu olmaqdır”.

Bunu Sportlife.az-a açıqlamasında pauerliftinq üzrə dünya və Avropa çempionu Rövşən Xəlilov deyib.

O, növbəti hədəfini də açıqlayıb: “Hərzamankı kimi məşqlərimi saxlamıram. Zədələr var idi. Bir müddət müalicə aldım. Qarşıdakı planım formada qalmaqdır. Bildiyiniz kimi, mən həm də pauerliftinqlə məşğulam. Bu növdə də növbəti yarışlarda iştirak etməkdir hədəfim. Pauerliftinqdə Professional Divizion, dünya və Avropa çempionuyam. Məqsədim bu uğurları stronqmen növündə də təkrarlamaqdır”.

 

Qulammirzə Səfərli


Paylaş: